İsitmə sistemi

İsitmə sistemi!

Məktəblər, yaşayış evləri, iş yerləri və fabriklər üçün ən effektiv istilik sistemlərinin quraşdırılmasını, baxım-təmir proseslərini həyata keçiririk. Məkanın həcminə uyğun ideal seçim məhz bizdə.

İsitmə sistemi

İstilik sistemləri daxili məkanların isidilməsi üçün istifadə olunan fərqli parametrlərə sahib mexanizmalardır. Sözügedən mexanizmalar, həm onun sahib olduğu fəaliyyər gücü, həm də məkanın genişlik səviyyəsinə görə qruplaşdırılmaqdadır. Hər birinin ortaq nöqtəsi isə istiliyi istənilən səviyyədə ötürə bilmə qabiliyyətidir. Çeşidli məhsul kateqoriyamızla axtardığınız və sizin üçün ən uyğun isitmə sistemini tapa biləcəyinizə qarantiya veririk. Hər növ istilik sistemlərini saytımızda rahatlıqla tapa bilərsiniz. Yerdən isitmə xüsusən də ictimai iaşə obyektləri və kiçik ofis tipli məkanlarda geniş istifadə olunmasıyla səciyyəvidir.

İstilik sistemi ideal çeşidlərlə!

Əsasən 2000-ci illərin əvvəllərindən ölkəmizdə yerdən isitmə sistemi texnologiyası geniş istifadə olunmağa başladı. Ötürücüdən aldığı enerjini yeraltı borular vasitəsilə parketdən məkana ötürən isitmə texnologiyası məhz yerdən isitmə adlanır. Burada hər növ maye və bərk isidicilərdən istifadə olunur və ən əsası günəş şüaları istilik enerjisi kimi qəbul edilir və ötürülür. Bu növ texnoloji isitmə sistemini sizlər üçün ən uyğun qiymətlərlə təqdim edirik. Qiymətlər seçilən məkanın genişliyi və həcmindən asılı olaraq dəyişməkdədir. Və hər bir məkanın həcminin uyğun kvadrat metr göstəricisinə görə hesablanır.

İsitmə sistemi uyğun qiymət və keyfiyyətə zəmanət

Paralel paylanan istilik sistemi üçün yerdən isitmə sistemi xüsusi önəm daşıyır. Burada istilik hər hansı bir hissədə cəmləşmir. Binanın tikilişi zamanı öncədən xüsusi diqqətlə quraşdırıldığından, tez bir zamanda deformasiyaya uğrama təhlükəsindən də uzaqdı. Bu texnologiya istiliyin parket boyu bütün evə yayılması ilə səciyyələnir ki, bu da ona xüsusi bir üstünlük qatır. Eyni zamanda maddi cəhətdən əlverişli olmağı da, sözügedən üstün cəhətlərdən biridir. Yerdən isitmə texnologiyası müəyyən mərhələlərdən keçir:

  • Yerdən isitmə sistemi iki və ya üç il ərzində müntəzəm olaraq təmizlənməlidir.
  • Bu sistemə xüsusi bağlantısı olan borulardan istifadə olunur. Hansı ki bu borular təmizlik üçün önəm kəsb edir.
  • Xüsusi qurğu vasitəsilə kirli su borulardan xaric edilir.
  • Kimyəvi maddələrin köməyi ilə çirkli su təmiz su ilə əvəz olunur.
  • Borular enerji və əlavə yüklənməyə davamlılıq göstərməkdədir.
  • Bu sistem vasitəsilə enerjiyə 20%-ədək qənaət edin.

İstifadə olunan döşəmənin növündən asılı olaraq yeraltı boru ilə çalışan yaxud elektrikli isitmə sistemlərindən istifadə olunur. Parket, mayeyə davamlı fasad və s. İstənilən cür döşəmə üçün peşəkar kadlrarımız ən uyğun istilik sistemini quraşdırmaqdadırlar. Mərmər, təbii daş və digər bu tip döşəmə yaxud divarlara quraşdırılan istilik sistemləri eviniz yaxud iaşə obyektiniz üçün daha davamlı və uzunmüddətli bir istilik şəraiti yaradacaq. Məhz bu səbəblərdən qazanxanalarda bu texnologiyalardan istifadə olunur. Daxili məkanlara paralel və uzunmüddətli istlik paylanmasının ən rahat, ən sağlam və ən sərfəli yolu da məhz budur.

isitmə sistemi