Yanğından mühafizə xidməti

Bu sistem təhlükəsizlik üçündür!

Qapalı ərazilər üçün quraşdırılması tələb olunan yanğınsöndürmə sistemləri ilə bağlı müştərilərimizə layihə dizaynı, texniki xidmət-təmir xidmətləri təklif edirik.

Yanğından mühafizə xidməti

Qapalı məkanlarda havalandırma sistemi təhülkəsizlik adına kifayət qədər önəm daşıyır. CO2 balonu, filtrasiya olunmuş su və digər təhlükəsizlik texnikasıyla təminat. Sulu avto söndürmə sistemi, FM 200 qz təhcizatı söndürmə sistemləri və s. Bu sistemlərin işləmə texnikaları bir birindən fərqlidir. Lakin məqsədyönlü çözüm texnologiyası sayəsində, bir çox fərqli məkanın daha güvənli olmasına şərait yaranır.

Yanğından mühafizə xidməti

Fövqəladə Hallar Nazirliyinin bəyan etdiyi xüsusi lisenziyanın əsas tərkibinə görə, Yanğın Alarm, Yanğın-mühafizə siqnalizasiyası, avtomatik sulu söndürmə, qazlı söndürmə (FM200, Karbondioksid, Köpüklü),mətbəx davlumbaz söndürmə və s. sistemləri, ictimai iaşə obyektləri və kiçik ofis tipli məntəqələrdə mütləq qaydada istifadə olunmalıdır. Sözügedən texnologiyanın quraşdırılması və təmin olunması hər bir sahibkarlıq obyekti üçün məcburi dərəcədə əhəmiyyətli olmalıdır.

Bu sahədə nələri təklif edirik?

Havalandırma Azərbaycan MMC yanğından mühafizə üçün lazım olan bütün texnologiyanın həmçinin texnoloji avadanlıqların tikintisi, quraşdırılması və təmiri üçün hər cür xidməti göstərməkdədir. Xüsusilə yanğın riskinin daha böyük olduğu müəssisələrdə, sözügedən avadanlığın quraşdırılması, yəni mühafizə xidməti başqa böyüklükdə önəm daşıyır.

Bu sistem necə işləyir?

Prinsipcə eyni məqsədi daşıyan yanğından mühafizə sistemləri bir birindən fərqli geniş çeşid kateqoriyası üzrə bölünməkdədir. Bu sistemin çalışma prinsipi bir neçə nöqtədən keçir ki, onlar arasında ən önəmli bir neçəsini sizlərə təqdim edək:

  • Məkanın genişliyi və şəraitindən asılı olaraq texnikanın yerləşdirilmə nöqtəsi mühəndsilərimiz tərəfindən müəyyən edilir.
  • Yanğının baş verəcəyi hallarda, sözügedən texnologiyanın bunu siqnal kimi qəbul edə bilməsi üçün xüsusi bir avadanlıq quraşdırılır.
  • Küləyin istiqaməti avtomatik şəkildə təyin edilir və bu halda təmas minimuma endirilir.
  • Avtomatik sulama sisteminin quraşdırılması zamanı ola biləcək ən kiçik nöqsan belə nəzərdə tutulur və qarşısı alınır.
  • Tüstü, duman və yanğına qarşı həssaslığı ilə seçilən bu texnologiya sayəsində, baş verə biləcək fövqəladə bir halın qarşısı dərhal alınır.
  • Bununla da yanğın “kontrol altına” alına bilir.
  • Texnoloji sistemin daxilinə həm quru, həm də nəmliyə dözümü olan borulardan istifadə olunur.
  • Bununla da məkan yanğından mühafizə xidməti ilə tam təmin olunmuş olur.
yanğindan-muhafizə-xidməti